İranda təyyarə təcili eniş etdi - 141 sərnişinlə


21:43     14 May 2019 2019/05/E47E91EC-4C09-40AB-8C82-2CF7E863D8F1_1557856024.jpeg

Şiraz şəhərindən Tehran istiqamətində uçan sərnişin təyyarəsi Şiraz aeroportunda təcili eniş edib.

Femida.az-ın məlumatına görə, aeroportun ictimai əlaqələr şöbəsinin rəsmisi Ehsan Ostovarinin sözlərinə görə, Vareş hava yollarına məxsus Boeing 737 sərnişin təyyarəsi texniki nasazlıq yarandığına görə aeroporta geri qayıdıb.

O, təyyarənin göyərtəsindəki 141 sərnişin və ekipaj üzvlərindən xəsarət alanların olmadığını deyib. Sərnişinlər başqa təyyarə ilə Tehrana göndəriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 340