"Tarqovıy"da ŞOK - Meymun onunla şəkil çəkdirən gəncin qulağını qopardı


10:32     15 May 2019 2019/05/meymun111_1557902169.jpg

Bakıda şəkil çəkdirmək istəyən şəxsin qulağını meymun dişləyib.



Hadisə Nizami küçəsində baş verib.

Femida.az-ın ONA-ya istinadla verdiyi məlumata görə, 23 yaşlı Məmmədov Emil Şamxal oğlu meymunla şəkil çəkdirib. Bu zaman meymun onun sol qulağını dişləyərək bir hissəsini qoparıb.

Yaralı gənc 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Onun qulağı cərrahi əməliyyatla tikilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1253