Polis əməliyyat keçirdi - 44 nəfər saxlanılıb


11:02     15 May 2019 2018/02/polis_yeni_1518511611.jpg

2019-cu il may ayının 14-dən 15-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.


DİN-in Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, mayın 14-də törədilən 26 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 34 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər: #Həbs   #Polis   #DİN   #Cinayət   #Qətl   #Ölüm   #Borc  

Oxunub: 374