Dünya çempionatı başlayır
11:16 15 May 2019
Bu gün Böyük Britaniyanın Mançester şəhərində taekvondo üzrə dünya çempionatı start götürəcək.
Femida.az xəbər verir ki, yığmamız mötəbər yarışda 10 idmançı ilə təmsil olunacaq.
İlk gündə millimizin 1 üzvü mübarizə aparacaq. 58 kq çəki dərəcəsində Qaşım Maqomedov dayanq üzərinə çıxacaq.
Qeyd edək ki, mayın 19-dək davam edəcək dünya çempionatı zamanı baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun sərəncamında Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (63 kq), Məhəmməd Məmmədov (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov (87 kq), Radik İsayev (87 kq yuxarı), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) olacaq.
Oxunub: 352
Oxşar xəbərlər
- Azərbaycan dünyada koronavirusla mübarizədə ön sıralarda qərarlaşıb
- ABŞ dünya ictimaiyyətini meymunçiçəyi ilə mübarizə aparmağa çağırır
- ÜST: Dünyada meymunçiçəyinə yoluxma artır
- ABŞ-da gənc basketbolçu dünya çempionu ölüb
- Dünyada koronavirus qurbanlarının sayı 6 milyon nəfəri ötüb
- Əli Əsədov Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru ilə görüşüb
- Dünyada koronavirusa yoluxanların sayı 540 milyonu ötüb
- Dünyanın pandemiya baxımından ən təhlükəli ölkələri məlum olub
- Dünyada pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
- Bayden dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib