Ramil Usubovdan növbəti təyinat


11:33     15 May 2019

Daxili işlər orqanlarında daha bir təyinat olub.


Femida.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Elvin Rizvanov Yevlax Rayon Polis Şöbəsi rəisinin xidmət üzrə müavini təyin edilib.

Xəbəri Yevlax Rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, Yevlax Rayon Polis Şöbəsinin xidmət üzrə keçmiş rəis müavini polis polkovnik-leytenantı Atif Həsənov Ağcabədi Rayon Polis Şöbəsi rəisinin xidmət üzrə müavini təyin edilib.

Açar sözlər:

Oxunub: 367