"Azərbaycanda ailələrin dağılma faizi bir çox ölkədən aşağıdır" - Mübariz Qurbanlı


11:50     15 May 2019 mubariz_gurbanli_.jpg


"Bugün dünyada 7 milyarddan çox insan, 4 mindən çox xalq yaşayır. Onların hər birinin özünəməxsus dəyərləri var. İndiki dünyada bəşəriyyətin müzakirə etdiyi məsələlərdən biri də ailə məsələsidir. Bəzi proqnozlar ailə institutunun aradan qalxacağını iddia etsə də, bu yanlış yanaşmadır. Ailə cəmiyyətin və dövlətin rüşeymidir".


Femida.az xəbər verir ki, bunu Dini Qurumlarla iş üzrə Dövlət komitəsinin sədri Mübariz Qurbanlı 15 may "Beynəlxalq Ailə günü"nə həsr olunmuş tədbirdə deyib. O bildirib ki, minillər boyu yol keçən ailə institutu böyük dəyişikliklərə məruz qalıb:

"Müqəddəs kitabların hər birində ailə mühafizə olunur, müqəddəs hesab olunur. İslam dini ailəyə böyük diqqət yetirir. Biz islamın ailə dəyərlərimizə necə gözəl yanaşdığını diqqətə çatdırmalıyıq. İslam deyir ki, nigaha ailə məsuliyyətini hiss etdikdən sonra daxil olun. İnsan ailə qurmaq üçün bioloji yetişkənlikdən savayı, psixoloji və iqtisadi baxımdan da yetişməlidir. Çünki ailə sosial qurumdur. Ailə iki mənin bir yerə gəlməsidir. O iki mən bizə çevrilməzsə, onun sonu dağılmaqdır. Azərbaycanda ailələrin dağılma faizi bir çox ölkədən aşağıdır. Bu sevindirici haldır. Bəzi ölkələrdə ailələrin 70 faizi boşanma ilə sona çatır".

"50 il birlikdə yaşayan ailələr var. Onları efirlərdə göstərmək təbliğ etmək lazımdır. Ailələrimiz güclü olacaqsa, əsgərimiz də, dövlətimiz də güclü olacaq" - deyə M.Qurbanlı qeyd edib.

Femida.az

Açar sözlər: #Ailə   #Qadın   #Komitə   #Konfrans  

Oxunub: 337