Azərbaycan 100 mindən çox “Kalaşnikov” istehsal edib


13:21     15 May 2019 19_05_15_1557912124.jpg

Azərbaycan Rusiya lisenziyası üzrə 100 mindən çox “Kalaşnikov AK-74M” avtomatı istehsal edib.


Bununla bağlı TASS agentliyinə Minskdə keçirilən “MILEX 2019” silah sərgisində iştirak edən Azərbaycan hərbi sənaye kompleksinin nümayəndəsi məlumat verib.

“Hazırda Azərbaycan lisenziya üzrə 100 mindən çox “AK-74M” avtomatı istehsal edib”, - agentliyin müsahibi bildirib.

Onun sözlərinə görə, Azərbaycanda “Kalaşnikov”ların istehsalı 2021-ci ilədək davam edəcək.

“Ümumilikdə 120 min “AK-74M” silahının istehsalı nəzərdə tutulub”, - o bildirib.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 2011-ci ildən “Xəzri” adı altında 5,45 millimetr kalibrli AK-74M avtomatı istehsal edir. “Xəzri” Azərbaycan ordusunun silahlanmasına daxildir.

“MILEX 2019” sərgisi mayın 15-dən 18-dək Minskdə keçirilir.

Açar sözlər:

Oxunub: 641