"Bəzi müəllimlər uşaqlara yaxşı münasibət göstərmir" - Nazir müavini
13:26 15 May 2019
"Son vaxtlar şagirdlərin intiharı ilə bağlı baş verən halların bir neçə səbəbi var. Bəzən ailədaxili mühit, bəzən də uşaqların psixikasının pozulması intihara səbəb olur".
Femida.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov deyib. Onun sözlərinə görə, uşaqların psixikası pozulduqda həkimlər dərhal işə qarışmalıdırlar.
"Bəzən görürsən ki, məktəbdə uşağa müəllimlər tərəfindən yaxşı münasibət olmur, o da intihara cəhd edir. Burada çox suallar ortaya çıxır, cəmiyyət bunların hamısını tənzimləməlidir. Təhsil Nazirliyi olaraq biz bu məsələlərə çox həssas yanaşırıq".
Nazir müavini bildirib ki, təhsilin əsas vəzifəsi təlimlə yanaşı, tərbiyəyə diqqət yetirməkdir:
"Çünki bu, gələcək nəsillərin formalaşmasında mühüm rol oynayır. Ailədaxili mühit uşaqların tərbiyəsinə təsir göstərir. Hər bir müəllim də təkcə müəllim deyil, həm də tərbiyəçi olmalıdır".
F.Qurbanov qeyd edib ki, hazırda Azərbaycanda 1 milyon 600 mindən çox şagird təhsil alır.
"Onlara təxminən 150 min müəllim dərs keçir. Hər məktəbdə psixoloq var. Biz onların təlimləri ilə uşaqların tərbiyəsinə təsir göstərməyə çalışırıq".
Femida.az
Oxunub: 414
Oxşar xəbərlər
- Elm və təhsil naziri: "İnstitutlarda çalışan alimlərin ixtisarından söhbət getmir"
- Biləsuvar Təhsil Kompleksinə yeni rəhbər təyin olunub
- Təhsil naziri uşaq bağçalarındakı vəziyyəti açıqlayıb
- Nazir regional təhsil idarələrinə yeni rəhbərlər təyin edib
- Sağlamlıq imkanları məhdud şəxslər sağlam şəxslərlə birgə təhsil alacaq
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb
- Nazirlik xaricdə təhsil alan həkimlərin aksiyasına münasibət bildirib
- Təhsil naziri: "Bu il onlayn qaydada bağçalara işə qəbul keçiriləcək"
- Prezident xaricdə təhsillə bağlı Dövlət Proqramını təsdiq etdi SƏRƏNCAM