Biləsuvarda telefon və internet abunəçilərinin sayı artıb


14:12     15 May 2019 internet%20suret.jpg

Biləsuvar Telekommunikasiya Qovşağının xidməti ərazisində telefon çəkilişi, internetə olan tələbatın keyfiyyətlə ödənilməsi üçün yeni, müasir avadanlıq quraşdırılıb.


Femida.azın Reort-a istinadən məlumatına görə, nəticədə telefon və internet abunəçilərinin sayında artım olub.

Belə ki, 2019-cu il ərzində Biləsuvar şəhərində və kəndlərində 120 ədəd yeni telefon xətti çəkilib, internet abunəçilərinin sayında 204 nəfər artım qeydə alınıb.

Həyata keçirilən tədbirlər nəticəsində Əliabad kəndində 256 nömrəlik yeni elektron ATS montaj olunaraq istifadəyə verilib. Elektron ATS-ə Xırmandalı kəndindən uzunluğu 4000 metr olan fiber-optik kabel çəkilib, kənd daxili xətt şəbəkəsi yenilənib, abunəçilər yüksək keyfiyyətli internet xidməti ilə təmin olunublar.

Bundan başqa, rayon Mərkəzi Elektron ATS-də 384 yerlik, Aşağı Cürəli kəndində 128 yerlik, Əmənkənd kəndində 64 yerlik DSLAM avadanlıqlar montaj olunaraq ümumilikdə 576 ədəd internet port artırılıb, internet keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə şəhər elektron ATS-də DWDM İMPULS avadanlığı quraşdırılıb.

İnternet keyfiyyətinin yaxşılaşdırılması məqsədilə istismara yararsız kabellər, şəhər və kənd elektron ATS-lərindəki generatorlar, daxili xətt şəbəkəsində istismara yararsız olan məftillər yeniləri ilə əvəz olunub. Ümumilikdə isə şəhər sahəsində 1.4 km, kənd sahəsində isə 4.7 km məsafədə xətlər təmir olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti regionlarda İKT infrastrukturunun təkmilləşdirilməsi, telekommunikasiya xidmətlərinə olan tələbatın təmin olunması üçün digər rayonlarda da işlər davam etdirilir.


Femida.az

Açar sözlər:

Oxunub: 481