Bakı Sərnişin Stansiyasına yeni rəis təyin edildi


15:03     15 May 2019 2019/05/suret_qat_1557918235.jpg


“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Sərnişin Stansiyasına yeni rəis təyin edilib.


Femida.az xəbər verir ki, bu, indiyə qədər ADY-nin Sərnişindaşıma departamentinin baş mühəndisi olan Ramin Abdullayevdir.

O, yeni vəzifəsində ötən ilin oktyabr ayında vəfat etmiş Nizaməddin Eminovu əvəz edib.

Qeyd edək ki, R.Abdullayev Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi münasibətilə “Tərəqqi” medalı ilə təltif olunub. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 376