Rəşid Behbudov küçəsindəki problem aradan qaldırılıb


15:39     15 May 2019 2019/05/755100_1557920493.jpg

Bakının mərkəzində magistral su xəttində baş verən qəza aradan qaldırılıb.


"Azərsu" ASC-dən Femida.az-a verilən məlumata görə, hadisə yerinə cəlb edilən qəza xidməti borunu təmir edib və ətraf ərazilərə suyun verilişi bərpa edilib: "Ötən gün baş vermiş qəza aradan qaldırılıb, artıq bu gün səhər saatlarından ətraf ərazilərə içməli suyun verilişi bərpa olunub".

Xatırladaq ki, mayın 14-də günorta saatlarında paytaxtın Rəşid Behbudov küçəsində 500 mm diametrli magistral polad boru kəmərində qəza baş vermişdi. Hadisə nəticəsində bir neçə küçəni su basmış, avtomobillərin hərəkətində problem yaranmışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 389