Generalın qohumu bıçaqla polisə müqavimət göstərib, barəsində cinayət işi açılıb
16:05 15 May 2019
Bakıda kütləvi dava edən gənclər polisə bıçaqla müqavimət göstərib.
Femida.az “Report” -a istinadən xəbər verir ki, hadisə mayın 13-də axşam saatlarında Nərimanov rayonu, Aşıq Molla küçəsində qeydə alınıb.
Məlumata görə, Bakı sakinləri Əzizov İsa Nadir oğlu və Binnətəliyev Samir Teyyub oğlu onlarla birlikdə olan digər şəxslərlə bir-birilərinə xəsarət yetiriblər. Hadisə zamanı onlardan biri əlindəki “Vinçester” markalı silahdan atəş açıb.
İ.Əzizov, S.Binnətəliyev, həmçinin Rəcəb Həmidov, Telman Balayev və Valid Məmmədli tutulub. Daha bir neçə nəfərin axtarıldığı bildirilir.
İ.Əzizov tutularkən polis əməkdaşlarına bıçaqla müqavimət göstərib.
Hadisə zamanı kütləvi davanın iştirakçılarından “Vinçester” markalı tüfəng, iki ədəd beşbarmaq, bıçaq və tapança darağı götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221 (Xuliqanlıq), 228 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrlə cinayət işi açılıb.
Qeyd edək ki, hadisənin iştirakçılarından olan İ.Əzizov Ədliyyə nazirinin müavini general-leytenant Məhərrəm Əliyevin və deputat Adil Əliyevin qohumudur.
Oxunub: 941
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"