Gömrükçülərə rüşvət təklif etdi, kameraya düşdü - VİDEO


16:41     15 May 2019 2019/05/gömrük_1557924118.jpg

Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə aparılan araşdırma zamanı məlum olub ki, may ayının 4-də Gürcüstandan ölkə ərazisinə daxil olan Binəli Osmanov gömrük bəyannaməsində özü ilə 1,5 litr alkoqollu içki və 15 kq ərzaq gətirdiyini bildirsə də, yoxlama zamanı avtomobildən 10 litr alkoqollu içki aşkar edilib.


Bununla bağlı Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bu fakt müvəqqəti saxlanca götürülən mallarla bağlı tərtib olunan aktda da öz əksini tapıb ki, bu da gömrük orqanlarına yalan məlumat verilməsi deməkdir.

Gömrük postunun ərazisində quraşdırılan kameralar vasitəsilə Binəli Osmanovun gömrük nəzarətindən keçmə prosesi videoyazıya alınıb.

Həmin şəxs istəyinə nail olmaq üçün gömrük əməkdaşına rüşvət də təklif edib. Belə ki, videotəsvirlərin 30-cu saniyəsindən etibarən davam edən hissəsində Binəli Osmanovun avtomobilin salonuna daxil olaraq oradan əlində sənədlə qayıtması və sənədin arasında pul əskinasını gömrük əməkdaşına vermə cəhdi və gömrük əməkdaşının da buna etirazı aydın şəkildə öz əksini tapıb.


Açar sözlər:

Oxunub: 577