Məhbus daşıyan maşın qəzaya düşdü - İki polis xəsarət aldı


17:41     15 May 2019 19_05_15_1557927580.jpg


Qaxda məhbus daşıyan maşın minik avtomobili ilə toqquşub.


Femida.az ONA-ya istinadən xəbər verir ki, hadisə Qax-Zaqatala yolunun Güllük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Daxili İşlər Nazirliyinə məxsus məhbus daşıyan avtomobil "Mercedes" markalı minik maşını ilə toqquşub. Nəticədə məhbus daşıyan maşında olan iki polis əməkdaşı xəsarət alıb. Onlar Qax Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alan polislər Balakən rayon Polis Şöbəsinin əməkdaşlarıdır.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #maşın   #məhbus  

Oxunub: 521