Belarus və Serbiya ilə hərbi əməkdaşlıq müzakirə edilib


19:47     15 May 2019 2019/05/234-2-1557928480_3115861280.jpg

Minskdə keçirilən “MILEX-2019” IX beynəlxalq silah və hərbi texnika sərgisi çərçivəsində müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tədbirə ev sahibliyi edən Belarus Respublikasının stendini ziyarət edib və bu ölkənin Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Roman Qolovçenko ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən Femida.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında hərbi-texniki sahədəki mövcud əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb. Sərgidə nazir müavini Yəhya Musayev Belarus Respublikası Dövlət Hərbi-Sənaye Komitəsinin 15 illik yubiley medalı ilə təltif olunub.



Bundan başqa nazir müavini Yəhya Musayev Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən Serbiya müdafiə nazirinin maddi ehtiyatlar üzrə köməkçisi Nenad Miliradoviclə görüşüb. Görüşdə mövcud əməkdaşlığın davam etdirilməsi və yeni layihələrin həyata keçirilməsi istiqamətində danışıqlar aparılıb. Nenad Miliradovic “MILEX-2019” sərgisində Müdafiə Sənayesi Nazirliyi tərəfindən nümayiş etdirilən məmulatları böyük maraqla izləyib.

Femida.az

Açar sözlər:

Oxunub: 518