Pantomima Teatrının 25 illiyi qeyd olunacaq

Pantomima Teatrının 25 illiyi qeyd olunacaq


20:14     15 May 2019 2019/05/C386C6C5-C19D-46A4-A47D-73C16EEBAE76_1557935910.jpeg

Azərbaycan Dövlət Pantomima Teatrının yaranmasının 25 ili qeyd olunacaq.

Mayın 16-da saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Pantomima Teatrının yaranmasının 25 illiyi qeyd olunacaq.

Femida.az -ın məlumatına görə, tamaşadan əvvəl teatrın 25 illik fəaliyyətinə həsr olunmuş sərgi keçiriləcək.

1994-cü ildə xalq artisti Bəxtiyar Xanı-zadənin rəhbərliyi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində “Dəli yığıncağı” Pantomima Teatr studiyası yaradılıb. 2000-ci ildə studiyaya “dövlət teatrı” statusu verilib.

25 illik fəaliyyəti dövründə teatrda müxtəlif yaş dövrünə məxsus aktyor nəsli yetişdirib. Xalq artisti Pərviz Məmmədrzayev, əməkdar artistlər Elman Rəfiyev, Nargilə Qəribova, Bəhruz Əhmədli, Səbinə Hacıyeva, aktyorlar Nurlan Rüstəmov, Səbirə Həsənova, Solmaz Bədəlova, Leyla Atayeva və başqaları bu gün Azərbaycan teatrının istedadlı sənətçilərindəndir.

Azərbaycan Dövlət Pantomima Teatrı 35-dən artıq xarici və yerli teatr festivallarında çıxış edib.

Femida.az

Açar sözlər:

Oxunub: 116


Oxşar xəbərlər