Zakir Fərəcov 30 tələbəyə təqaüd verəcək


20:35     15 May 2019 2019/05/06BDBFD1-A558-406D-A2ED-2D8E6BB5AA8E_1557938584.jpeg

Sumqayıt Dövlət Universitetində (SDU) "Bələdiyyə" təqaüdü alacaq tələbələrin sayı açıqlanıb.

SDU-dan Femida.az - a verilən məlumata görə, ali təhsil müəssisəsinin 30 tələbəsinə “Bələdiyyə” təqaüdü veriləcək.

Ümumilikdə, "Tələbə" və "Bələdiyyə" təqaüdü alacaq tələbələrin sayı isə 560 nəfərə çatıb.

Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Universitetin 30 tələbəsinə “Bələdiyyə” təqaüdünün verilməsi ilə bağlı qərar qəbul edib.

Femida.az

Açar sözlər:

Oxunub: 568