Arif Qazıyevin adının keçdiyi iş məhkəməyə qaytarıldı
21:12 15 May 2019
Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, iş hərəkətsiz saxlanılıb, birinci instansiya məhkəməsinə qaytarılıb.
Qeyd edək ki, ittiham aktına əsasən, Ə.Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, ALFA LTD şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib.
Belə ki, o, İ.Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb, qalan hissəsini isə dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, Ə.Əbdüləziz Türkiyədən gətirilmiş plastik borularla yüklü 40 ədəd TIR-ı gömrük rüsumundan müəyyən qədər azad edəcəyini və tez bir zamanda sərhəddən buraxdıracağını vəd edərək İ.Həsənovdan 300 min manat məbləğində pul alıb. Lakin o, vədinə əməl etməyərək zərərçəkmişi növbəti dəfə aldadıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Əbdüləziz 8 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, cinayət işi üzrə Azərbaycan televiziya rejissoru, ssenarist Arif Qazıyevin də adı şahid qismində keçir.
Femida.az
Oxunub: 465
Oxşar xəbərlər
- “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən maarifləndirici çarx çəkilib
- Suraxanıda məişət zorakılığının qarşısının alınması məqsədilə silsilə maarifləndirici tədbirlər keçirilir
- TƏCİLİ XƏBƏR! Tarif Şurasından benzin və dizelin qiyməti ilə bağlı QƏRAR
- Azərbaycanda bir neçə internet tarifi ləğv edilir
- Tarif Şurası: "İctimai nəqliyyatda tariflərin dəyişdirilməsi müzakirə olunmur"
- Su üzrə tariflərin differensiallaşdırılması təklif edilir
- Regionda miqrasiya mövzusunda maarifləndirmə aparılıb
- AMEA prezidentinin səlahiyyətlərinin icrası Arif Həşimova həvalə olunub
- Bakının parklanma Baş Planı hazırlanıb və qiymət tarifi müəyyənləşdirilib
- Türkiyədə təbii qaz tarifləri artırılıb