Gəncədə yolu keçmək istəyən gənci maşın vurub


22:18     15 May 2019 19_05_15_1557944341.jpg

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektindəki “Pasyolka” adlan ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini 15 yaşlı İlqar İsmayılov yolu keçmək istəyərkən onu minik maşını vurub. Yaralı dərhal Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib. İ.İsmayılovun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 375