Gədəbəydə aptek yarıldı - OĞRU QARDAŞLAR TUTULUB
11:04 16 May 2019
Gədəbəy Rayon Polis Şöbəsinə şəhər ərazisindəki apteklərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, zərərçəkmiş Slavyanka kənd sakini R.Həsənov mayın 7-nə keçən gecə 20 yanvar küçəsindəki aptekindən 3080 manat pul oğurlandığını bildirib.
Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılmış və qısa müddətdə bu cinayət əməlini törədənlərin Gəncə şəhəri ərazisində olduqları müəyyən edilib.
Gədəbəy Rayon Polis Şöbəsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Vadim Səlimov, Rövşən Alıyev və qardaşı Rəvşin şəhər ərazisində saxlanılıblar.
Onlardan 2 ədəd maska, 1 ədəd alışqan tapança, 2 ədəd əlcək, 1 ədəd kəsici alət və 2 ədəd bıçaq aşkar edilərək götürülüb. Araşdırma aparılır.
Femida.az
Oxunub: 602
Oxşar xəbərlər
- Gədəbəydə yük avtomobili dərəyə aşıb, xəsarət alan var
- Gədəbəydə avtomobil qəzası olub, 4 nəfər xəsarət alıb
- Gədəbəydə 59 yaşlı kişi bıçaqlanaraq öldürülüb
- Gədəbəydə 31 yaşlı kişi bıçaqlanıb
- Gədəbəydə qanunsuz tikintinin qarşısı alınıb
- Gədəbəydə buzlu yol avtomobil qəzasına səbəb olub, xəsarət alanlar var
- Gədəbəydə qadına əzab verən şəxsin məhkəməsi başlayır
- Gədəbəydə Milli Qəhrəman Məzahir Rüstəmovun xatirəsi anılıb
- Gədəbəydə yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb
- Gədəbəydə toy qaydalarını pozanlar məsuliyyətə cəlb olundular