Şahin Mustafayev vətəndaşları qəbul edəcək
11:31 16 May 2019
İqtisadiyyat naziri Şahin Mustafayev sabah saat 11:00-dan etibarən Tovuzda (Məşhədi Əzizbəyov küçəsi, 1 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində) Şəmkir və Tovuz rayonlarından olan vətəndaşları qəbul edəcək.
Femida.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bundan başqa, sabah saat 11:00-dan etibarən nazirin müavini Niyazi Səfərov Ağstafada (Hüseyn Arif küçəsi, 1 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində) Qazax və Ağstafa rayonlarından olan vətəndaşları, digər nazir müavini Sahib Məmmədov isə Gədəbəydə (Heydər Əliyev prospekti, 1 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində) bu rayondan olan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-14-56, 310-28-00 (daxili 21-79) və (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Gəncə-Qazax regional bölməsi (Ünvan: Gəncə şəhəri, Heydər Əliyev Meydanı, İnzibati bina, əlaqələndirici şəxs Arzu Hacıyev, əlaqə telefonu: (022) 256 02 32, mobil (050) 395 91 97, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi və facebook vasitəsilə də qəbula yazıla bilərlər.
Femida.az
Oxunub: 466
Oxşar xəbərlər
- Nazir Cavid Məmmədovu bu rayona rəis təyin etdi
- Baş nazir daşınmaz əmlakla bağlı qərarda dəyişiklik edib
- Nazir regional təhsil idarələrinə yeni rəhbərlər təyin edib
- Baş nazir əmək pensiyaları ilə bağlı qərar imzalayıb
- Nazir məktəbli çantalarının ağır olması ilə bağlı narazılıqlara münasibət bildirib
- Nazir Vətən Müharibəsi Qəhrəmanını hərbi hissə komandiri təyin edib
- Nazir Kəmaləddin Heydərov partlayış baş vermiş obyektə gəlib
- Baş nazir və Prezident Administrasiyası rəhbərinin başçılığı ilə Şuşada müşavirə keçirilib
- Nazir Vətən müharibəsinin könüllülərinə veteran statusunun verilməməsinə aydınlıq gətirib
- Nazir mayoru bu rayona polis rəisi təyin etdi - ƏMR