Metaləritmə sexində CİNAYƏT: iki nəfər saxlanıldı


11:58     16 May 2019 omurluk%20hebs.jpg

Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə şəhər ərazisindəki müəssisələrin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
Zərərçəkmiş Bakı şəhər sakini T.Ələsgərov 2018-ci ilin dekabr ayından cari il may ayının 14-dək olan müddətdə H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Azərbaycan məişət malları” ASC-nin həyətində icarə əsasında işlətdiyi metaləritmə sexindən 31 ton əlvan metal qırıntılarının oğurlandığını bildirib.


DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, müraciətlə əlaqədar təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakinləri A.Kərimov və R.Əzizovu müəyyən edilərək saxlayıblar.

Araşdırmalarla onların qeyd edilən əlvan metal qırıntılarını şəhər sakini olan bir nəfərə satdıqları müəyyən edilib. Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 646


Oxşar xəbərlər