“ASAN xidmət” sabah işləməyəcək


00:57     01 Noyabr 2015 asan%201%20noy.jpg

1 noyabr 2015-ci il tarixində Milli Məclisə keçirilən seçkilər ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərməyəcək.


Seçkilərlə bağlı olaraq vətəndaşlara yalnız şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportlarının verilməsi xidməti həyata keçiriləcək.

2 noyabr tarixindən etibarən isə vətəndaşlar əvvəlki qaydada “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

Açar sözlər:

Oxunub: 1026