Bakıda əməliyyat keçirildi, 5 nəfər tutuldu
12:23 16 May 2019
Polis əməkdaşları Ələt qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı kompleks əməliyyat tədbiri keçirib.
Femida.az xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 11-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat tədbiri nəticəsində Ələt qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar. Nəticədə qəsəbə sakinləri əvvəllər məhkum olunmuşlar Yaşar Musayev, Afət Səmədov, İlqar İmanov, həmçinin Zaur Əhmədov və Şahin Rüstəmli tutularaq istintaqa təqdim ediliblər. Onların hər birinin üzərindən şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi məqsədi ilə araşdırmalar davam etdirilir. Adları çəkilən hər bir şəxs barəsində Qaradağ RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxunub: 326
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb