Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə müzakirə edilib

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə müzakirə edilib


12:23     16 May 2019 2019/05/03c95-1557992054_1557995113.jpg

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində ABŞ-ın Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə görüş keçirilib.


Komitədən Femida.az-a verilən məlumata görə, görüşdə Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov, İstintaq və Təhqiqat İdarəsinin rəisi Ülvi Zülfüqarov, Xarici tərəfdaşlarla əməkdaşlıq şöbəsinin rəisi Azad Vəliyev ABŞ-ın Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Ceyson Kaunas, Coşua Evans və Adnan Mert iştirak ediblər.

Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov iki ölkənin gömrük orqanları arasındakı qarşılıqlı əməkdaşlıqdan məmnunluqla bəhs edib və işgüzar, səmərəli münasibətlərin daha da inkişaf etdirilməsinin faydalarından danışıb.

Baş İdarə rəisi son zamanlar Azərbaycanda gömrük sistemində həyata keçirilən islahatlar barədə məlumat verib və tətbiq edilən yeniliklərin hüquqpozmalara qarşı mübarizə sahəsində də səmərəliliyinin artırılmasına təkan verdiyini diqqətə çatdırıb.

Eyni zamanda görüşdə cari ilin müvafiq dövründə Azərbaycan gömrük orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əldə edilən uğurlu nəticələr, bu sahədə əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər: #DGK   #Narkoitk  

Oxunub: 205