Avtoxuliqan 7 şagirdi vurub


12:37     16 May 2019 19_05_16_1557995908.jpg

İstanbulun Büyükçekmece rayonunda dar küçədə sürücü 7 şagirdi yaralayıb.


Femida.az -ın Türkiyə mətbuatına istinadən məlumatına görə, dar küçədə avtomobilinin təkərlərinin sürüşdüyünü iddia edən avtoxuliqan 5-i qız, ikisi oğlan olmaqla 7 şagirdi vurub. O, şagirdləri bağça divarına sıxışdıraraq əzib.

Hadisədən sonra şagirdlər təcili yardım maşını ilə xəstəxanaya çatdırılıblar, hazırda həyati təhlükələri yoxdur.

Sürücü həbs edilib.

Açar sözlər:

Oxunub: 297