Zelenskinin inaqurasiyasının vaxtı açıqlandı


13:55     16 May 2019 2019/04/zelenski_1555915379.jpg

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin inauqurasiya mərasimi mayın 20-də keçiriləcək.

Femida.az Trend-ə istinadən bildirir ki, tarixlə bağlı qərarı ölkənin Ali Radası verib.

Qeyd edək ki, martın 31-də Ukraynada prezident seçkilərinin birinci, aprelin 21-də isə ikinci turu keçirilib. Aprelin 30-u Ukraynanın Mərkəzi Seçki Komissiyası V.Zelenskini rəsmi olaraq prezident seçkilərinin qalibi elan edib. İkinci turda V.Zelenski 73,22 faiz, hazırkı prezident Petro Poroşenko isə 24,45 faiz səs toplayıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 491