Polis Bakıda əməliyyat keçirdi: heroin alverçisi ələ keçdi


14:04     16 May 2019 2018/02/polis_yeni_1518511611.jpg

Bakıda narkotik alverçisi yaxalanıb.

Femida.az bildirir ki, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə məqsədilə rayon ərazisində əməliyyat keçirib.

Keçirilən əməliyyat nəticəsində əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək məhkum olunmuş rayon sakini, 1975-ci il təvəllüdlü Şahin Soltanov saxlanılıb. Baxış zamanı ondan 210 qram heroin və 450 qram marixuana götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 388