Xocavənddə mina tapılıb
15:43 16 May 2019
Mayın 15-i saat 11:48-də Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xocavənd rayonu, Ağburun adlanan ərazidə 2 ədəd minanın tapılması barədə məlumat daxil olub.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) Femida.az-a verilən məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Xocavənd rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Xocavənd rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib.
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd tank əleyhinə TM-57 minası aşkar olunub.
Aşkar olunmuş minaların üzərində partladıcısı olduğuna görə, 2019-cu il 16 may tarixində yerində zərərsizləşdirilib. Minaların ətrafında 210 kv.m əraziyə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Femida.az
Oxunub: 429
Oxşar xəbərlər
- Xocavənddə qanunsuz olaraq müxtəlif əşyalar toplayan şəxs həbs edilib
- Xocavənddə xeyli sayda silah-sursat aşkarlanıb
- Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb
- Xocavənddə avtobus qəzasında yaralanan 16 nəfər Bakıya təxliyə edilib
- Xocavənddə tikinti şirkətinin əməkdaşında narkotik aşkarlanıb
- Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb
- Xocavənddə tank mərmiləri aşkarlanıb
- Xocavənddə erməni hərbçilərin cəsədləri aşkarlanıb
- Xocavənddə ermənilərin minaladığı ərazidə yanğın baş verib (VİDEO)
- Xocavənddə yeni hərbi hissələrin açılışı olub - VİDEO