Bu ilan fili belə öldürür - Öz cinsini diri-diri udur (18+VİDEO)


16:20     16 May 2019 2019/05/maxresdefault-(79)_1558009262.jpg

Femida.az heyvanlar aləmi ilə bağlı maraqlı məlumatları təqdim edir. Bu dəfə təqdim etdiyimiz videoda kral kobrasında bəhs olunub. Bu ilanlar digər ilanları dişləyir,yaxud diri-diri udur. Çox zaman öz quyruqlarını belə başqa canlı hesab edərək dişləyir.



Kral kobrası (lat. Ophiophagus hannah və ya Naja bungarus) — kral kobrası cinsinə aid heyvan növüdür.

Dünyanın ən uzun zəhərli ilan növüdür. Uzunluğu 6,7 m, kütləsi isə 9 kiloqrama qədər ola bilir. Bu növ Cənub-Şərqi Asiyadan Hindistana qədər çox geniş bir arealda yayılmışdır. Bu ilanların qidasını əsasən pitonlar və hətta öz növlərinin kiçikləri də daxil olan ilanlar təşkil edir.



Kral kobralar mərcan ilanı (Micrurus), tikanlı ilan (Acanthophis) və qara mamba (Dendroaspis polylepis) ilə birlikdə aspidlər fəsiləsinin ən çox öyrənilmiş dörd növündən biridir.
Kral kobrası hücüm zamanı zəhər vəzilərinin kanallarını əzələlər vasitəsilə bağlamaqla tənzimləyir.

Baxmayaraq ki, bir kral kobrasının zəhəri 20 insanı öldürə biləcək miqdardadır, bir çox hallarda ilan sadəcə zəhər buraxmadan dişləməklə insanı qorxutmağa cəhd edir. Görünür zəhərin təsadüfi və lazımsız yerə istifadə olunması onun üçün arzuolunmazdır. Bu, hər şeydən əvvəl ov zamanı zəhərin ilan üçün mühüm əhəmiyyət kəsb etməsinə görə ola bilər. Kral kobrasının zəhəri əsasən sinir sisteminə təsir edir.

Birinci sancma zamanı zəhərlənmədə insan ölümlə üzləşə bilər. Bu halda ölüm ehtimalı 75%-dən artıq ola bilər. Lakin kral kobrası dişləmələrinin ümumi statistikası onu göstərir ki, ilan sancmaları cəmi 10%-i insan ölümünə səbəb olur.

Bəzən kral kobrası sancdıqdan dərhal sonra hətta Hindistan fili də ölmüşdür.

Kral kobrasının ilanı udmasının görüntüsünü təqdim edirik:



Açar sözlər: #heyvanlar_aləmi   #video   #ilanlar   #kobra  

Oxunub: 6051