Nazirlikdən internetin aylıq ödənişi ilə bağlı XƏBƏRDARLIQ
18:11 16 May 2019

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti internet xidmətinə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində dəyişiklik edib.
Nazirlikdən Femida.az -a verilən məlumata görə, 2019-cu ilin may ayından etibarən “Aztelekom” MMC-nin internet xidməti üzrə ödənişlər “gündəlik hesablaşma” prinsipi ilə aparılacaq.
Belə ki, artıq ödəniş günü hər ayın 5-nə qədər deyil, sonuncu ödəniş edilən gündən sonrakı 30-cu təqvim günü gələn ay üçün ödəmənin son günü müəyyən ediləcək. Hazırda isə cari ay üçün ödəniş olunmadığı təqdirdə internet xidməti dayandırılacaq. Əlavə məlumat üçün 170 qısa nömrəsinə müraciət edə bilərsiniz.
Oxunub: 349
Oxşar xəbərlər
- Nazirlikdən pensiya ittihamlarına CAVAB
- Nazirlikdən işəgötürənlərə XƏBƏRDARLIQ
- Nazirlikdən "İkitərəfli SMS xidməti"
- Nazirlikdən innovativ yenilik: Daha bir xidmət elektronlaşdırıldı
- Nazirlikdən şirkətin iddialarına cavab
- Nazirlikdən külək və yağış XƏBƏRDARLIĞI
- Nazirlikdən Qaxdakı partlayışla bağlı AÇIQLAMA: 6 nəfər xəsarət aldı
- Nazirlikdən şadlıq saraylarının sahiblərinə MÜRACİƏT
- Nazirlikdən güclü küləklə bağlı xəbərdarlıq
- Nazirlikdən valideynlərə MÜRACİƏT - Uşaqlarınız təhlükədədir