Qobustan qoruğunda “Keçmişə sənət səyahəti” adlı konsert veriləcək


18:28     16 May 2019 19_05_16_1558011743.jpg

Mayın 18-i Beynəlxalq Muzeylər Günü münasibətilə Qobustan qoruğu ərazisində “Keçmişə sənət səyahəti” adlı konsert proqramı təşkil olunacaq.

Femida.az -ın məlumatına görə, tədbir Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı tərəfindən Qobustan Milli-Tarix Bədii Qoruğu ilə birgə təşkil ediləcək.

Qoruq ərazisindəki əsas meydanda qurulan səhnədə Dövlət Kukla Teatrının repertuarındakı tamaşalardan səhnəciklər nümayiş olunacaq, teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının ifaçılarının təqdimatında konsert proqramı təqdim ediləcək.

Konsert saat 11:00-dan 13:00-dək davam edəcək.

Açar sözlər:

Oxunub: 561