Bank hesabını onlayn açmaq mümkün olacaq


22:46     16 May 2019 o-FASTEST-SLOWEST-INTERNET-SPEEDS-WORLD-CANADA-facebook.jpg

Yaxın zamanlarda Azərbaycanda evdən çıxmadan, onlayn bank hesabı açmaq mümkün olacaq.

Femida.az Trend-ə istinadən xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Ödəniş sistemləri sektorunun müdiri Tamerlan Rüstəmov deyib.

O qeyd edib ki, bununla bağlı Palata Mərkəzi Bankla danışıqlar aparır: “Bu prosedur üç əsas məqsədi əhatə edir – transformasiya, inklüzivlik, rəqabət”.

T.Rüstəmov əlavə edib ki, fiziki şəxslər bir neçə üsulla bank hesabı aça bilər:

“Birinci yanaşma bank hesabının bankın proqram təminatından istifadə olunması ilə açılmasıdır. Digər yanaşma isə, bank hesabının videoəlaqə vasitəsilə açılmasını nəzərdə tutur”.

Femida.az

Açar sözlər:

Oxunub: 407