Bu gün 32 dərəcə isti olacaq
09:04 17 May 2019
Bu gün Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 25-29, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu,nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.
Azərbaycanın rayonlarında mayın 17-də havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti təşkil edəcək.
Femida.az
Oxunub: 255
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir