Prezident bütün sənədsiz evlərlə bağlı tapşırıq verdi (VİDEO)

Prezident bütün sənədsiz evlərlə bağlı tapşırıq verdi (VİDEO)


09:19     17 May 2019 19_05_17_1558070456.jpg

"Azərbaycanda bütün sənədsiz evlərə sənəd veriləcək".


Femida.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov bildirib.

E.Əzizov bununla bağlı Prezident İlham Əliyevdən xüsusi tapşırıq aldığını da vurğulayıb:

"Bir neçə gün əvvəl cənab Prezident məni şəxsən çağırıb və yerlərdə mütəmadi görüşlər keçirməyi tapşırıb. 10 il, 20 il, 30 il yaşadığı evi rəsmiləşdirə bilməyən sakinlər var. Hazırda məsələ ilə bağlı yaradılmış Komissiya çalışır. Prezident İlham Əliyev tərəfindən sənəd hazırlanır. Əminəm ki, yaxın günlərdə sənədsiz evlər məsələsi bütün ölkə üzrə birdəfəlik öz həllini tapacaq".

Rəsmi məlumatlara görə, hazırda təkcə paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən evlərin sayı 700 mindən çoxdur.


Açar sözlər: #Prezident  

Oxunub: 2867