Bakıda qonşusunu döyüb öldürən şəxsin şikayətinə baxılıb


12:28     17 May 2019 trend_ali_mehkeme_main2.jpg

Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Şöhrət Qədimovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Femida.az-ın xəbərinə görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ş.Qədimovun kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2016-cı ilin dekabr ayında Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində baş verib. Quşçuluq sovxozunda yaşayan Ş.Qədimov qonşusu Şeydə Məmmədovu döyüb. Xəstəxanaya çatdırılan yaralı orada dünyasını dəyişib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Ş.Qədimovun apellyasiya şikayətini təmin etməyib.

Açar sözlər:

Oxunub: 321