Azərbaycana viza rüsumu müəyyənləşdi: 350 dollar
13:09 17 May 2019
Milli Məclisin (MM) mayın 17-də keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi müzakirə edilib.
Adıçəkilən qanunun 17-ci (Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri) maddəsinə əlavə edilən 8-ci bənddə qeyd olunur ki, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği eyni hərəkətlərə görə müəyyən edilən məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində tətbiq olunur.
Layihədə bildirilib ki, çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 350 ABŞ dolları müəyyənləşdirilib.
Miqrasiya Məcəlləsinə görə, çoxdəfəlik viza əsasında giriş-çıxış müddəti iki ilədək (“ASAN Viza” sistemi vasitəsilə elektron qaydada verilən çoxdəfəlik vizada isə 90 günədək) müəyyən edilib.
Qeyd olunub ki, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği müəyyən edilən məbləğdən (350 ABŞ dolları) fərqli (az və ya çox) ola bilər.
Təklif olunan qanun layihəsinə görə, belə fərq olduqda çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği həmin ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tətbiq edilən rüsumun səviyyəsində müəyyən ediləcək.
Layihə Azərbaycan vətəndaşlarına fərqli giriş vizaları tətbiq edən ölkələrin fərqləndirilməsinə, eyni zamanda, Azərbaycana giriş üçün tətbiq olunan vizaya görə rüsumun həmin ölkədə tətbiq olunan rüsumlarla uzlaşdırılmasına (eyniləşdirilməsinə) xidmət edəcək.
Qanun layihəsinə dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.
Femida.az
Oxunub: 777
Oxşar xəbərlər
- Azərbaycana gətirilən Aİ-92 benzinin gömrük rüsumundan azad olunma müddəti başa çatıb
- Əhaliyə şad xəbər: Bu dövlət rüsumları ləğv edildi
- Azərbaycanda bəzi dövlət rüsumları ləğv edilib
- ABŞ Ukrayna poladına tətbiq edilən gömrük rüsumlarını ləğv edib
- Artıq ödənilmiş dövlət rüsumunun qaytarılmasının yeni müddəti müəyyənləşib
- “Qafqaz Qartalı” təlimi məqsədilə Azərbaycana gətirilən avadanlıqlar gömrük rüsumu və vergidən azad ediləcək
- Azərbaycanda media üçün dövlət rüsumu 10 dəfə azaldılır
- Azərbaycana gətirilən Aİ-92 benzini gömrük rüsumundan azad olunub
- Aİ-92 benzinin gömrük rüsumundan azad edilməsinin səbəbi açıqlanıb
- Bu gündən sürücülük vəsiqəsi ilə bağlı yeni rüsumlar tətbiq olunacaq