"Bank of Baku"dan Zülfiyyə Xanbabayeva ilə bağlı - AÇIQLAMA


15:07     17 May 2019 19_05_17_1558091288.jpg

"Zülfiyyə Xanbabayeva ilə yayılan və bankımızın adı hallanan məlumatlar həqiqətə uyğun deyil"


Bu sözləri Femida.az -a açıqlamasında "Bank Of Baku"-nun Reklam və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Gülşən Cumayeva deyib.

O, bildirib ki, xalq artisti ilə əlaqə saxlanıb və o da xəbəri təkzib edib: "Biz Zülfiyə Xanbabayeva ilə əlaqə saxladıq. O da bildirdi ki, bu xəbərlərin heç bir əsası yoxdur. Tamamilə uydurma xəbərdir. Heç kim Zülfiyə xanımın evini əlindən almır".

Gülşən Cumayeva bildirib ki, bank tərəfindən "Viktori" LTD MMC məhkəməyə verilib: "Bir daha qeyd etmək istəyirəm ki, biz adıçəkilən şirkəti məhkəməyə vermişik, müğənnini yox. Ola bilər ki, Zülfiyyə xanım da keçmişdə həmin şirkətin təsisçilərindən biri olub və bu səbəbdən adı hallanıb".

Xalq artisti də AZXEBER.COM-a açıqlamasında xəbəri təkzib edib: "Yazılan xəbərlər həqiqəti əks etdirmir. Araşdırılsa görünər ki, mənim heç kimə borcum yoxdur. Əksinə, mənə borcu olan insanlar var. Mən bu haqda danışmaq istəmirəm. Siz məni tanıyırsız və bilirsiz ki, heç vaxt bu tip şeylərlə gündəmə gələn insan olmamışam. Ona görə bu məsələnin də gündəmə qalmasını istəmirəm".

Xatırladaq ki, news24.az saytının yazdığına görə, bir müddət əvvəl "Bank Of Baku" ipoteka krediti müqaviləsinin şərtlərini pozan şəxsləri məhkəməyə verib. Bankın ipoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsi ilə bağlı tələb irəli sürdüyü 10 nəfər arasında Azərbaycanın Xalq artisti Xanbabayeva Zülfiyyə Güloğlan qızı da var. Bundan başqa bank "Viktori" LTD MMC-yə qarşı da eyni məzmunlu iddia irəli sürüb. Bankın müraciəti ilə bağlı hazırda Bakı Apelyasiya Məhkəməsində araşdırmalar aparılır və proses davam edir

Açar sözlər:

Oxunub: 1582