İqtisadiyyat naziri vətəndaşları qəbul edib


16:24     17 May 2019 19_05_17_1558095942.jpg

Mayın 17-də İqtisadiyyat naziri Şahin Mustafayev Tovuzda Şəmkir və Tovuz rayonlarından olan vətəndaşları qəbul edib. Həmin gün İqtisadiyyat nazirinin müavinləri Niyazi Səfərov Ağstafada Qazax və Ağstafa, Sahib Məmmədov isə Gədəbəy rayonlarından olan vətəndaşları qəbul ediblər.


Femida.az-a daxil olan məlumata görə, İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbullarda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Qəbullara gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal, emal və xidmət müəssisələrinin yaradılması və yenidən qurulması, kənd təsərrüfatı texnikasının alınmasına, məhsul satışına və ixracına, o cümlədən əlil sahibkarların istehsal etdikləri məhsulların satışına dəstək göstərilməsi, sahibkarların mülkiyyət hüququ, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

Qəbula gələn digər şəhər və rayonlardan olan vətəndaşların müraciətləri də dinlənilib, operativ həlli üçün lazımi tədbirlər görülüb.

Ümumilikdə qəbullarda 60-a yaxın vətəndaş müraciət edib.



Açar sözlər:

Oxunub: 282