Müəllim olmaq istəyənlərin nəzərinə! Sınaq imtahanları başlayır


17:11     17 May 2019 muellim5.jpg

Müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanlarına başlanılır.


Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, sınaq imtahanları mayın 18-dən 30-dək Azərbaycan Dövlət İqtisad Universitetinin II (Gənclik korpusu) tədris binasında keçiriləcək.

Sınaq imtahanlarında 7 mindən çox şəxsin iştirakı gözlənilir. İmtahan qrafiki ilə bağlı iştirakçıların şəxsi səhifələrinə məlumat göndərilib. İştirakçılar sınaq imtahanına gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 365