Azərbaycanda peşə məktəblərində oxuyanlara dərsliklər pulsuz veriləcək


18:16     17 May 2019 19_05_17_1558098569.jpg

Azərbaycanda peşə təhsil müəssisələri pulsuz dərsliklərlə təmin ediləcək.

Femida.az bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna dəyişikliklərdə öz əksini tapıb.

Bu dəyişikliklərə əsasən, dövlət və bələdiyyə ümumi təhsil peşə təhsili müəssisələrində dərsliklərlə pulsuz təmin olunacaq. Bu, peşə təhsili sistemi üzrə tədris vəsaitlərinin hazırlanmasına diqqəti artıracaq, son nəticədə peşə təhsilinin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək.

Hazırda yalnız ümumi təhsil müəssisələrində oxuyanlar dərsliklərlə pulsuz təmin olunurlar.


Qanuna dəyişiklik səsvermədən sonra qəbul edilib.

Açar sözlər:

Oxunub: 340