Vəhşi it özünü ölülüyə vurdu, aslanın əlindən qurtuldu - VİDEO
17:15 17 May 2019
Kaftara bənzər it hiyləgərliyi sayəsində dişi aslanın dişləri arasından qurtulub.
Zimbabvenin Hvanqa Milli Parkında baş vermiş maraqlı hadisəni turistlər lentə alıb.
Bələdçi ziyarətçiləri antilop leşini yeyən vəhşi itlərin sürüsünün olduğu yerə gətirib. Gözlənilmədən yırtıcılara dişi aslan hücum edib. O, itlərdən birini ələ keçirərək, dişləri arasına alıb.
Vəhşi it hərəkəti tam dayandıraraq, əllərini aşağı sallayıb və özünü ölülüyə vurub. Qəfildən aslanın diqqətini başqa bir it çəkib və şikarını buraxaraq o birinin dalınca qaçıb. Özünü ölülüyə vurmuş it isə fürsətdən istifadə edərək, aradan çıxıb.
Oxunub: 2344
Oxşar xəbərlər
- Vəhşi heyvanların ovuna icazə necə alınır? - Qaydalar və ödənişlər
- Vəhşi heyvan saxlayan şəxslərə - Xəbərdarlıq
- Vəhşi heyvan və balıqların ovuna icazə “ASAN xidmət”də veriləcək
- Vəhşi öküz azyaşlıya hücum etdi (VİDEO)
- Vəhşi heyvanlar 59 yaşlı kişini yaşadığı evdə parçaladı - Daşkəsəndə
- Vəhşi heyvan uşağı parçalamaq istədi - (18+VİDEO)
- Vəhşi quşu qanunsuz saxlayan şəxs cərimələndi