İlham Əliyev Ukraynanın yeni təyin olunmuş səfirini qəbul edib


17:17     17 May 2019 2019/05/president_170519_2_4674297630.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Ukraynanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevskinin etimadnaməsini qəbul edib.


Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, səfir Vladislav Kanevski fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Vladislav Kanevski etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Söhbət zamanı Azərbaycan-Ukrayna münasibətlərinin müxtəlif aspektləri, o cümlədən ticarət dövriyyəsi, iqtisadi əməkdaşlıq, sərmayə qoyuluşu, mədəni əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Səfir əminliyini ifadə etdi ki, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Ukrayna-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində səylərini əsirgəməyəcək.



Açar sözlər:

Oxunub: 314