Banka 100 min qoyan əcnəbilərə ölkədə yaşamaq icazəsi veriləcək
17:48 17 May 2019
Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğində pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi veriləcək.
Femida.az xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik təklif edilir.
Məcəllənin 45-ci (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar) maddəsinə edilən əlavəyə əsasən, Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğdə pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi verilir.
Banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə alan şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir. Həmin siyahıda göstərilən şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 100 min manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat verir.
Femida.az
Oxunub: 395
Oxşar xəbərlər
- Banka depozit qoyan şəxslərə ekspertdən - 5 VACİB MƏSLƏHƏT
- Banka saxta pul verən şəxs saxlanılıb
- Banka borcu olan İran vətəndaşı qanunsuz yolla Azərbaycandan qaçarkən saxlanıldı
- Banka basqın edən şəxsə 10 il cəza verildi
- Banka saxta dollar satmaq istədi
- Banka borcu olan şəxs ölkədən gedə bilərmi? - Hüquqi yardım