İstanbulda tanker tarixi binaya çırpılıb
09:12 18 May 2019
Malta bayrağı altında olan "Vitaspirit" adlı tanker şənbə günü İstanbulda Bosfor boğazının sahilində yerləşən tarixi binaya çırpılıb.
Femida.az xəbər verir ki, bu barədə "Daily Sabah" qəzeti yazır. İstanbul administrasiyasının yaydığı bəyanata əsasən, gəmi Rusiya-Səudiyyə Ərəbistanı marşrutu üzrə arpa daşıyırdı. Tankerin bina ilə toqquşmasına səbəb olaraq mühərrikin sıradan çıxması gətirilir.
Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.
Qəzetin məlumatına əsasən, bina XVII əsrdə tikilib. Hazırda isə toy və konsertlərin keçirilməsi üçün istifadə olunur. Daşınmaz əmlak bazarında onun qiyməti təxminən 85 milyon dollar təşkil edir. Toqquşma nəticəsində binanın ikinci və üçüncü mərtəbələrinin divarları tamamilə dağılıb.
Femida.az
Oxunub: 373
Oxşar xəbərlər
- İstanbulda ağır yol qəzası olub, ölən və yaralananlar var
- İstanbulda terror aktının qarşısı alınıb, saxlanılanlar var
- İstanbulda silahlı münaqişədə ata, oğul və qohum öldürülüb
- İstanbulda Silahlı Qüvvələr Günü qeyd edilib
- İstanbulda zəlzələ olub
- İstanbulda atışma olub, azərbaycanlı kriminal avtoritet öldürülüb
- İstanbulda Azərbaycana dəstək mitinqi keçirilib
- İstanbulda Azərbaycana dəstək aksiyası keçirildi
- İstanbuldan yola salınan 250-yə yaxın azərbaycanlı artıq ölkədədir
- İstanbulda koronavirus həyəcanının səbəbkarı azərbaycanlı həkim olub - FOTO