Bu il 27 üçəm doğulub
10:05 18 May 2019
Azərbaycan əhalisinin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 17653 nəfər artaraq 2019-cu il aprel ayının 1-i vəziyyətinə 9999110 nəfərə çatıb.
Əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Bu ilin yanvar-mart aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 32 402 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 13,3 təşkil edib.
Doğulanların 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır. Körpələrin 708-i əkiz, 27-si isə üçəm doğulub.
Xatırladaq ki, bu il aprelin 6-da Azərbaycanın 10 milyonuncu vətəndaşı doğulub.
Femida.az
Oxunub: 507
Oxşar xəbərlər
- Bu ilin 4 ayında Azərbaycanda 974 əkiz, 27 üçəm doğulub
- Hərbçi ailəsində 12 illik həsrətdən sonra üçəm dünyaya gəldi - FOTO
- Qusarda doğulan üçəmlərdən xəbər var
- Qubada üçəm körpə dünyaya gəlib - 10 ildən sonra
- Ötən il 2752 əkiz, 117 üçəm doğulub
- Mehriban Əliyeva yeni doğulan üçəmlərlə bağlı tapşırıq verdi
- 10 ayda 2236 əkiz, 96 üçəm dünyaya gəlib
- 3 ayda 30 üçəm doğulub
- Bu il Azərbaycanda neçə üçəm doğulub?
- Mingəçevirdə üçəm qız dünyaya gəlib