Üç ayda 4 minə yaxın cütlük boşanıb - Azərbaycanda
11:01 18 May 2019
Bu ilin I rübündə ölkədə 14 811 ölüm halı qeydə alınıb.
Femida.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda bildirilib.
Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,4-dən 6,1-ə qədər azalıb.
Bu ilin ilk üç ayı ərzində qeydiyyat şöbələri tərəfindən 13 191 nikah və 3 972 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,6 olub.
Bundan başqa, bu ilin yanvar-mart aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 398 nəfər Azərbaycana gələn, 336 nəfər isə Azərbaycandan gedən qeydə alınıb. Miqrasiya saldosu müsbət 62 nəfər təşkil edib.
Femida.az
Oxunub: 615
Oxşar xəbərlər
- Azərbaycanda bu il boşanmaların sayı 11 faiz azalıb
- "Whatsapp"da silinən mesajları belə qaytara bilərsiniz - Boşanmalara səbəb olacaq funksiya
- Bu ilin yanvar ayında 5475 nikah və 1248 boşanma halı qeydə alınıb
- Bu il 36 063 nikah və 11 313 boşanma halı qeydə alınıb
- Azərbaycanda bir ayda 1179 boşanma qeydə alınıb
- 11 ayda 13439 cütlük boşanıb - RƏSMi
- Ölkədə nikah və boşanmaların sayı açıqlanıb
- Azərbaycanda uşağı olmayan 6869 ailə boşanıb
- Boşanmaların sayının artması parlamentdə müzakirə edilib
- Komitə: Azərbaycanda boşanmaların sayı artıb