Azərbaycan II Avropa Oyunlarına neçə idmançı ilə yollanır? - AÇIQLANDI
11:12 18 May 2019
Azərbaycan “Minsk 2019” II Avropa Oyunlarında 79 idmançı ilə təmsil olunacaq.
Femida.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycanın şef de-missionu, Milli Olimpiya Komitəsinin (MOK) Beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan Belarusun paytaxtına 165 nəfərə yaxın heyətlə yollanacaq. Onlardan 121 nəfəri Atletlər kəndində qalacaq.
“Minsk 2019” II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək. 15 növ üzrə 199 dəst medal uğrunda yarışlara 50 ölkənin idmançıları qatılacaq. 8 növ üzrə mübarizə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq.
I Avropa Oyunları 2015-ci il 12 - 28 iyunda Bakıda təşkil olunub. Azərbaycan millisi bu yarışda 21 qızıl, 15 gümüş və 20 bürünc olmaqla, əldə etdiyi 56 medalla 2-ci yeri tutub. Rusiya yığması isə ən çox - 164 medal (79 qızıl, 40 gümüş və 45 bürünc) götürüb.
Femida.az
Oxunub: 608
Oxşar xəbərlər
- Boks və atıcılıq Krakovda keçiriləcək Avropa Oyunlarının proqrama daxil edilib
- Avropa Oyunlarının mükafatçılarına pul veriləcək - SƏRƏNCAM
- Azərbaycan Avropa Oyunlarını 28 medalla tamamladı
- Rafael Ağayev Avropa Oyunlarında finala yüksəldi
- Rusiya yığması vaxtından əvvəl Avropa Oyunlarının qalibi olub
- Boksçumuz Avropa oyunlarında qızıl medal qazandı
- Karateçilərimiz Avropa Oyunlarında - Qızıl və bürünc şansı
- Azərbaycan boksçusu Avropa Oyunlarının medalını təmin edib
- Güləşçimiz finalda - Avropa Oyunları
- Üç güləşçimiz Avropa Oyunlarının yarımfinalına yüksəlib