Kənd təsərrüfatı məhsullarının istehsalı artıb


11:12     18 May 2019 yarmarka8.jpg

Keçən ilin yanvar-aprel ayları ilə müqayisədə cari ilin ilk 4 ayında kənd təsərrüfatının ümumi məhsulu 3,9 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 22,2 faiz, heyvandarlıq məhsulları istehsalı isə 2,9 faiz artıb.


Dövlət Statistika Komitəsindən Femida.az-a verilən xəbərə görə, cari ilin əvvəlindən mayın 1-dək 40,6 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5 dəfə çox kartof, 91,6 min ton və ya 3 faiz çox tərəvəz toplanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 506