Qaxda 29 yaşlı kişi özünü yandırıb


11:31     18 May 2019 ozunu%20yandirdi.jpg

Qaxda 29 yaşlı kişi özünü yandırıb. Hadisə mayın 17-si axşam saat 23 radələrində Qax şəhərində baş verib. Şəhər sakini, 1990-cı il təvəllüdlü Tural Elman oğlu İbrahimov yaşadığı ünvanda üzərinə benzin tökərək özünü yandırıb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan T. İbrahimov Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.



Femida.az ONA-ya istinadən xəbər verir ki, Tibb müəssisəsindən verilən məlumata görə T. İbrahimova bədənin 40 faizinin 1-ci, 2-ci dərəcəli yanıq xəsarətləri qoyulub. T. İbrahimova xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti nəzərə alınaraq, müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.(ona)

Açar sözlər:

Oxunub: 480